Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda “İstanbul Fashion Show” adlı moda sərgisi təşkil ediləcək
23.01.10 03:15

Meridyen Beynəlxalq Sərgi Şirkəti (MBSŞ) və OTİAD (Osmanbəy Türk İş Adamları Dərnəyi) birgə dünyanın 40-dan çox geyim şirkətləri ilə əməkdaşlıq çərçivəsində yanvarın 28-30-da Bakıda “İstanbul Fashion Shovv” adlı moda sərgisi təşkil edəcək. Bu məqsədlə bu gün təşkilatçılar Bakıda mətbuat konfransı keçiriliblər. KƏLAMİNFO xəbər verir ki, mətbuat konfransında çıxış edən MBSŞ-in baş direktoru Alper Çekic təmsil etdiyi şirkətin 1998-ci ildə İstanbulda təsis olunduğunu söyləyib. O, qeyd edib ki, indiyədək MBSŞ dünyanın bir çox ölkələrində uğurlu sərgilərə imza atıb. Azərbaycanda son bir il ərzində 32 mln ABŞ dolları həcmində türk geyimlərinin satıldığını diqqətə çatdıran A.Çekic Rusiya, Qazaxıstan və Özbəkistanda keçirdikləri sərgidən sonra ölkəmizdə də bu cür tədbir keçirmək istədiklərini vurğulayıb. A.Çekic sərginin keçirilməsində məqsədin həmin şirkətlərin keyfiyyətli brendlərinin ölkəmizdə dayanıqlı bazara sahib olmasını təmin etməkdən ibarətdir. Şirkət rəsmisi qeyd edib ki, növbəti illərdə də Azərbaycanda belə sərgilər davam etdiriləcək. Qeyd edək ki, sərgi yanvarın 28-30-u tarixlərində Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-642.html