Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azay Quliyev Azərbaycanda Fəaliyyət Göstərən ABŞ Şirkətləri Palatasının icraçı direktoru ilə görüşüb
25.05.12 02:25

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Azərbaycanda Fəaliyyət Göstərən ABŞ Şirkətləri Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva - Müdüroğlu və qanunvericilik və siyasi məsələlər üzrə koordinator Şahid Şükürovla görüşüb.

Şuradan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə korporativ sosial məsuliyyət proqramları çərçivəsində vətəndaş cəmiyyəti qurumlarının biznes strukturları ilə əməkdaşlığı haqqında geniş fikir mübadiləsi aparılıb. N.Nəsrullayeva-Müdüroğlu Palataya 240-dan artıq yerli və xarici biznes, kommersiya strukturunun daxil olduğunu bildirərək, qurumun fəaliyyəti haqqında məlumat verib.
A.Quliyev ölkədə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi üçün QHT-lərə dövlət dəstəyi ilə yanaşı özəl sektor təmsilçilərinin və biznes strukturlarının da dəstəyinin vacibliyini qeyd edib. Bu yöndə bir sıra xarici ölkələrin təcrübəsinin əhəmiyyətini vurğulayan Şura sədri Azərbaycanda da özəl sektorla ictimai sektor arasında əməkdaşlığın mümkünlüyünü və cəmiyyət üçün faydalı layihələrin həyata keçirilməsinin zəruriliyini bildirib.Vətəndaş cəmiyyəti ilə biznes və kommersiya qurumlarının korporativ sosial məsuliyyət proqramları çərçivəsində əməkdaşlığının təmin olunması məqsədilə yaxın vaxtlarda bu strukturların səlahiyyətli təmsilçilərinin görüşünün keçirilməsi haqda razılıq əldə edilib.
URL / WWW
http://kelam.az/article/a-6419.html