Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident üç əkiz uşağın doğulduğu ailəyə mənzil verib
25.05.12 02:25

Sabirabad şəhər sakinləri Əliyev Elşən Tağı oğlu və Əliyeva Səmayə Zəka qızının ailəsində 3 əkiz uşaq dünyaya gəlib.

Bu münasibətlə və evsiz olması səbəbindən kirayədə yaşadığı nəzərə alınaraq, həmin ailəyə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Sabirabad şəhəri, Heydər Əliyev prospekti, bina 15, mənzil 6 ünvanında yerləşən, müasir tələblərə uyğun yaşayış şəraiti olan 3 otaqlı mənzil, eləcə də zəruri məişət avadanlıqları hədiyyə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazir Fizuli Ələkbərov Sabirabad şəhərinə gələrək, yeni mənzili, habelə zəruri məişət avadanlıqlarını gənc ailəyə təqdim edib.   
Nazir bildirib ki, bu ailə ünvanlı dövlət sosial yardımı ilə də təmin olunur: “Bundan sonra da bu əkiz uşaqlar daim qayğı əhatəsində olacaq, onların sağlam və firavan böyüməsi üçün bütün lazımi işlər görüləcək”.  Əkiz uşaqların valideynləri - Elşən və Səmayə Əliyevlər, onların doğmaları gənc Azərbaycan ailəsinə və gələcəyimiz olan uşaqlara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə edərək, yeni doğulan əkiz övladlarını  daim vətənə və dövlətə sadiq, cəmiyyətə layiq vətəndaşlar kimi böyüdüb tərbiyə edəcəklərini bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-6416.html