Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İlham Əliyev Serbiyanın prezidentini təbrik edib
24.05.12 00:26

Azərbaycan prezidenti İlham Əliyev Serbiyanın prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Serbiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Serbiya dövlətlərarası münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm" İlham Əliyev təbrik məktubunda deyib.
URL / WWW
http://kelam.az/article/a-6413.html