Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rumıniya-Azərbaycan diasporları arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib
23.05.12 14:26

Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri ilə Dünya Rumıniya Assosiasiyaları Federasiyasının sədri Daniel Teku arasında görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə iki ölkə diasporlarının fəaliyyəti, Rumıniya və Azərbaycan arasında olan sıx münasibətlər və xalqların dostluğu haqqında söhbət açılıb. Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev son dövrlərdə Azərbaycan diasporunun qazandığı təcrübə, əməkdaşlıq etdiyi qurumlar və xarici diaspor təşkilatları barədə məlumat verib. İ.Hacıyev Azərbaycan və Rumıniya diasporlarının yaxınlığı, bu diasporların birgə fəaliyyəti istiqamətləri üçün təklif olunan layihələrdən danışıb, bu əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib. D.Teku Azərbaycanın Rumıniya üçün dost ölkə olduğunu vurğulayıb, iki ölkənin strateji tərəfdaş olmaqla yanaşı, beynəlxalq müstəvidə mövcud qarşılıqlı dəstəyin məhz ölkələr arasında isti və möhkəm münasibətin nəticəsi kimi göstərib. Federasiya sədri iki ölkə diasporlarının ümumi maraqlar baxımından bir cəbhədən çıxış etməsi Azərbaycan və Rumıniya üçün çox əhəmiyyətli, xalqları üçün çox vacib olmasını qeyd edib. Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının müavini Orxan Məmmədov Rumıniyada Universitetlərində təhsil alan azərbaycanlı tələbələrin rumın gəncləri ilə sıx münasibətlər olduğunu söyləyib. Görüşün sonunda İ.Hacıyev D.Tekuya Azərbaycanın mədəniyyəti, tarixi, iqtisadiyyatı haqqında kitablar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Heydər Əliyev Fondu tərəfindən hazırlanan CD-lər təqdim edib. Tərəflər dünyada rumın və Azərbaycan diasporları arasında əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərini gücləndirmək üçün növbəti görüşdə Əməkdaşlıq Memorandumunun imzalanması məsələsinə razılıq veriblər.
URL / WWW
http://kelam.az/article/a-6410.html