Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elman Abdullayev: Səfirin geri çağırılması ilə bağlı təzadlı məqamlar var
23.05.12 14:26

“İranın Azərbaycandakı səfirinin geri çağırılması məsləhətləşmələr xarakterli olduğu bildirilir. Bu barədə Azərbaycanın İrandakı səfirinə də məlumat verilib”. “KƏLAMİNFO”nun məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. O, həmçinin əlavə edib ki, bu məsələ ilə bağlı təzadlı məqamlar var. Çünki İranın bir çox dairələrində səfirin geri çağırılması nəyəsə reaksiya kimi dəyərləndirilir: “Bu da onu göstərir ki, İranda bu məsələ ilə bağlı fikir ayrılığı, təzadlı fikirlər mövcuddur. Bir çoxları Azərbaycanın inkişafı, buraya çoxlu sayda xarici qonaqların gəlməsini həzm edə bilmir. İranın özündən də kifayət qədər azərbaycanlı turistlər gəlib”. E.Abdullayev bildirib ki, Azərbaycana heç nəyi diktə etmək mümkün deyil və ölkəmiz müstəqil siyasət yürüdür: “Azərbaycan dünyaya açıq qapı siyasətini davam etdirəcək”.
URL / WWW
http://kelam.az/article/a-6409.html