Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səməd Seyidov: “Bir şəxsin mövqeyini əsas götürüb Azərbaycana qarşı kampaniya aparırlar”
22.05.12 14:26

“AŞ PA-da ümumi hesabat yaz sessiyasında Avropa Şurası tərəfindən dəyişdirilib və Azərbaycanda siyasi məhbus məsələsi adı altında təqdim olunub”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. O qeyd edib ki, insan hüquqları ilə bağlı problem tək Azərbaycanda yox, qonşu ölkələrdə də mövcuddur. “Əgər insan hüquqları araşdırılırsa, tək Azərbaycanda yox, bütün ölkələrdə araşdırılmalıdır. Bir şəxsin mövqeyini əsas götürüb Azərbaycana qarşı kampaniya aparırlar” - deyə S.Seyidov vurğulayıb. Onun sözlərinə görə, Avropada bəzi media orqanları da buna əsasən Azərbaycana qarşı kampaniya aparır. “Azərbaycan öhdəliklərini yerinə yetirir. Ancaq Azərbaycanı hədəf kimi seçən hansısa insanları qəbul edə bilməz” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6408.html