Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AJQA Azərbaycanı Gürcüstan mediasına tanıdır
23.05.12 14:26

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gürcüstan mediasında Azərbaycan haqqında” layihəsinə start verib. Bu barədə “KƏLAMİNFO”ya məlumat verən layihənin koordinatoru Sevil Yusifova bildirib ki, Gürcüstanda səfərdə olub, aparıcı media kapitanları ilə görüşüb, eyni zamanda Kvemokartli qubernatorluğunda görüşlər keçirib, Tiflis universitetində elm adamlarına layihə haqqında məlumat verib: “Gürcüstanın media mənsubları belə bir layihənin keçirilməsini alqışlayırlar və düşünürlər ki, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafında bu cür layihələrin rolu böyükdür, onların sayı çox olmalıdır. Məsələ ondadır ki, indiki halda hər iki ölkənin mediası yalnız rəsmi səfərlər, yaxud seçkilər haqda məlumatlar verirlər. Bu tanıtım layihəsi isə Gürcüstan mediasında Azərbaycan haqqında daha geniş məlumat verəcək”. S.Yusifova bildirib ki, gələn ay Tiflisdə həm media kapitanları bir araya gətiriləcək, həm də elm adamları ilə Azərbaycan və Gürcüstanın problemləri müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-6406.html