Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bir sıra qanunlara dəyişikliklər qəbul olunub
22.05.12 14:25

Milli Məclisin bu gün keçirilən iclasında “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, layihəni qanunvericilik təşəbbüsü ilə prezident göndərib. “Dəyişikliyə əsasən Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi halları müəyyənləşdirilir. Birincisi, Konstitusiya Məhkəməsi hakimləri yaşı 70-ə çatanda onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. İkincisi, Konstitusiya Məhkəməsi hakimləri hakim şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə yol verəndə” - deyə Ə.Hüseynli vurğulayıb. Komitə sədri bildirib ki, Azərbaycanda digər məhkəmələrin hakimləri üçün 65 yaş həddi müəyyənləşdirilib, istisna hallarda 70 yaşadək işləməyə icazə verilir. “MDB ölkələrində, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri üçün də 70 yaş müəyyənləşdirilib” - deyə o əlavə edib. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub. İclasda, həmçinin "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlara dəyişiklik edilib, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-6402.html