Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Rusiyalı nənələr Abşeron çimərliyində olub
22.05.12 02:33

“Eurovision”un nənələri çimməsələr də çimərlikdə konsert veriblər. “KƏLAMİNFO” xəbər verir ki, “Eurovision–2012”də Rusiyanı təmsil edən nənələr Abşeron çimərliyində maraqlı gecə keçirib. Gecənin əsas qəhrəmanları “Buranovskiye babuşki” yenə də hər kəsin marağında olmağı bacarıb.

Müğənni nənələr sevimli hitlərini oxumaqla bərabər, hətta bir neçə məşhur mahnını da öz dillərində ifa ediblər. Zahirən qoca görsənmələrinə baxmayaraq, özlərini daxilən gənc hesab edən nənələrin udmurt dilində “Şən Azərbaycan” mahnısını oxumaqla da tamaşaçıların diqqət mərkəzində qalmağı bacarıblar.
Xatırladaq ki, gecənin qonaqları sırasında olan bəstəkar-müğənni Emin Ağalarov və Rusiyanın Xalq artisti Oleq Qazmanov da tamaşaçılara öz mahnılarını təqdim ediblər.
URL / WWW
http://kelam.az/article/a-6401.html