Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Arif Vəliyev: “Azərbaycanın ali məktəblərində 42 xarici ölkədən 5285 nəfər təhsil alır”
23.01.10 04:15

Azərbaycanın ali məktəblərində 42 xarici ölkədən 5285 nəfər təhsil alır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. A.Vəliyevin sözlərinə görə, əcnəbi tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Çin Xalq Respublikası, Türkmənistan və İraq vətəndaşları üstünlük təşkil edir. “Əvvəlki illə müqayisədə 2009/-2010-cu tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə ali təhsil alan tələbələrin sayı 25 faiz artaraq 2081 nəfər təşkil edib. Xaricdə ali təhsil alan gənclərin 43%-i Azərbaycanın regionlarındandır. Tələbələrin əsas hissəsi Türkiyə və Rusiyada təhsil alırlar”,-deyə A.Vəliyev bildirib.Komitə sədri 2009-/2010-cu tədris ilinin əvvəlinə ölkənin 4503 dövlət və 17 qeyri-dövlət əyani ümumtəhsil məktəbində 1,4 milyon şagirdin təhsil aldığını söyləyib. O, həmçinin sağlamlıq imkanları məhdud olan 6483 uşağın təhsil aldığı 19 xüsusi məktəb və ya ümumtəhsil məktəblərində xüsusi siniflərin fəaliyyət göstərdiyini də vurğulayıb. “Dövlət məktəblərinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 644 əyani ümumtəhsil məktəbi fəaliyyət göstərir və burada 79 min şagird təhsil alır. Hazırda Azərbaycanda 53 min tələbənin orta peşə təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas məktəbi və tələbələrinin sayı 138 min nəfər olan 37 dövlət və 16 qeyri-dövlət ali məktəb fəaliyyət göstərir”,-deyə A.Vəliyev əlavə edib. O, həmçinin dövlət ali məktəblərinin əyani şöbələrində oxuyan tələbələrin 42%-nin təqaüd aldığını, bu təqaüdün minimal məbləğinin bakalavr səviyyəsi üzrə 55 manat, magistr səviyyəsi üzrə isə 60 manat təşkil etdiyini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-640.html