Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » “Facebook” şirkətinin banisi evləndi
22.05.12 01:33

“Facebook” şirkətinin banisi Mark Zukerberq uzun müddət nişanlı olduğu Prisilla Çanla evlənib.  O, həyatındakı bu mühüm anı yaratdığı sosial şəbəkədə elan edib.

“KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, 28 yaşlı milyarder Çanla Palo Alto şəhərində kiçik mərasimdə nikah qurub. Mətbuatla danışan qonaqlar bildiriblər ki, onlar ilk öncə elə güman edirdilər ki, Çanın tibb məktəbini bitirməsini bayram etməyə gedirlər. Amma Palo Altoya gəldikdən sonra onlara bildirilib ki, əslində onlar Zukerberqlə Çanın toyuna gəliblər.
Mark və Prisilla Harvardda təhsil alarkən tanış olublar.  Səkkiz il bundan öncə Mark Zukerberq Harvarddakı tələbə yataqxanasında “Facebook”-u yaratmışdı.
URL / WWW
http://kelam.az/article/a-6399.html