Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Gəncədəki 2 saylı İstintaq Təcridxanasına baş çəkib
21.05.12 20:33

Ombudsman Elmira Süleymanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkib, buradakı saxlanma şəraiti ilə tanış olub. Məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. 
Müvəkkil başçəkmə zamanı müəssisənin cərimə təcridxanasında saxlanılan doqquz qadınla, eləcə də təcridxanada saxlanılan  yetkinlik yaşına çatmayan beş şəxslə görüşüb, onların saxlanılma şəraiti, qidalanması, tibbi xidmətin səviyyəsi, müəssisə əməkdaşlarının həmin şəxslərlə rəftarı ilə maraqlanıb. Saxlanılan şəxslər təcridxanadakı şəraitdən narazı olmadıqlarını söyləyib, onlara baş çəkdiyi üçün Ombudsmana minnətdarlıqlarını bildiriblər.
Bununla yanaşı, görüş zamanı bəzi saxlanılanlar barələrində aparılan istintaqın qeyri-obyektiv olması ilə bağlı Müvəkkilə müraciət ediblər.
Şikayətləri qəbul edən Müvəkkil qaldırılan məsələlərlə bağlı tədbir görülməsi üçün müvafiq dövlət orqanlarına müraciət edəcəyini bildirib, saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr  verib.
URL / WWW
http://kelam.az/article/a-6396.html