Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazirlik 15 gün ərzində 750 775 manat cərimə tətbiq edib
21.05.12 20:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ilin 1-15 may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 132 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 58 müddətli məcburi göstəriş verilib. Ümumilikdə, 28 iş üzrə 750775 manat məbləğində cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 1617.1 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 91 iş üzrə 20681.33 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün icra qurumlarına 17 iş göndərilib.
URL / WWW
http://kelam.az/article/a-6394.html