Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnformasiya Texnologiyaları Strategiyası yaradılır
21.05.12 20:33

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 13 elektron xidməti “Elektron hökumət” Portalına inteqrasiya olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnformasiya texnologiyaları sektorunun müdiri Cavid Abdulllayev deyib.
C.Abdullayev “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq Komitə tərəfindən göstərilən 9 elektron xidmətin hər biri ilə əlaqədar inzibati reqlamentlərin hazırlanıb təsdiqləndiyini, onların Elektron Xidmətlər reyestrinə daxil edildiyini, Komitənin İnternet şəbəkəsinin qısa zaman ərzində yenidən qurularaq istifadəyə verildiyini, regional bölmələrinin də vahid şəbəkəyə fiber-optik xətlə qoşulmasının layihələndirildiyini, elektron imzadan istifadə və İKT-nin tətbiqinə dair geniş treninq proqramının həyata keçirildiyini  vurğulayıb. O, hazırda Komitənin İnformasiya Texnologiyaları Strategiyasının yaradılması, nağdsız ödənişlərin həyata keçirilməsi üçün billinq sistemlərinin tətbiqi, tabeliyində olan qurumların müstəqil internet informasiya resurslarının istifadəyə verilməsi üzrə işlərin yekun fazada olduğunu qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-6393.html