Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”
21.05.12 20:33

“NATO Cənubi Qafqazda - həm Dağlıq Qarabağ, həm də Gürcüstan-Abxaziya münaqişəsinə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.O qeyd edib ki, bu gün Azərbaycanın əməkdaşlıq etdiyi NATO, ATƏT və digər təşkilatlardan çox gözləntiləri var. “Xüsusən o təşkilatlardan ki, onlar BMT qətnamələrinin həyata keçirilməsində faktiki gücə və nüfuza malikdir. Lakin hazırda Dağlıq Qarabağ probleminin, Ermənistan-Azərbaycan münaqişəsinin həllində real nəticə görünmür. Çünki Ermənistan hələ də qeyri-konstruktiv mövqeyini davam etdirir, işğal etdiyi torpaqlardan imtina etmək fikrində deyil. Bu gün Dağlıq Qarabağda sülh yaratmaq proseslərində konstruktiv mövqe ortaya qoyulmur” - deyə PA rəsmisi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6391.html