Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir
21.05.12 20:33

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İranda saxlanılan azərbaycanlı iki gənc şairlə bağlı münasibət bildirib. “KƏLAMİNFO” xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında o qeyd edib ki, bu gün yüzlərlə, minlərlə iranlı vətəndaş Azərbaycana səfər edir və biz də yüksək qonaqpərvərlik göstəririk. “Biz onların hər birini casus, ölkənin təhlükəsizliyinə təhdid obyekti kimi görsək, bu, artıq qonşuluq, dostluq münasibəti olmaz. İki gənc şairin valideynlərinin həftələrdir nə çəkdiyini təsəvvür etmək çətindir” - deyə o əlavə edib. PA rəsmisi belə hallara qarşı Azərbaycan jurnalistikasının da səs qaldırmasının vacib olduğunu da bildirib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev isə bildirib ki, İranda saxlanılan gənc şairlərin məsələsi gündəlik diqqətdədir. “Azərbaycanın Təbrizdəki baş konsulluğu, eyni zamanda Tehrandakı səfirlik bir neçə dəfə görüş keçirib, bütün instansiyalara məktublar göndərilib. Təəssüflər olsun ki, İran tərəfi nəinki o şəxslərin qaytarılması, həbsi ilə bağlı da məlumat vermir” - deyə o əlavə edib. Onun sözlərinə görə, bu istiqamətdə iş aparılır və ən yuxarı instansiyalara yayılacaq.
URL / WWW
http://kelam.az/article/a-6390.html