Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ramiz Mehdiyev “Rusiya mətbuatı Dağlıq Qarabağ münaqişəsindən yazarkən diqqətli olmalıdır”
23.01.10 04:12

Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafı üçün çox vacibdir. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda çıxışı zamanı Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bildirib. Afinada ATƏT-ə üzv ölkələrin XİN başçılarının münaqişənin nizamlanması ilə bağlı bəyanat qəbul etdiklərini xatırladan R. Mehdiyev həmin sənəddə münaqişənin ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasının vacibliyinin qeyd olunduğunu, Ermənistanın ilk dəfə bunu etiraf edərək, həmin sənədə imza atdığını vurğulayıb. R. Mehdiyev Rusiya mətbuatını Dağlıq Qarabağ münaqişəsindən yazarkən diqqətli olmağa da çağırıb. “Münaqişənin tarixindən yazanda rus mənbələrinə istinad edin. Rusiyalı diplomat Aleksandr Qriboyedovun XIX-cu əsrdə imperatora yazdığı məktubunu oxuyun. Diplomat İran və Türkiyədən Azərbaycana köçürülən ermənilərdən yazarkən qeyd edirdi ki, azərbaycanlılar ermənilərin yerləşdikləri torpaqlarda həmişəlik qalacaqlarından qorxurlar”,-deyə R.Mehdiyev əlavə edib. Rusiya mətbuatında Dağlıq Qarabağın Stalin tərəfindən Azərbaycana hədiyyə edilməsi barədə yazılanlara toxunan R. Mehdiyev həqiqətin tam əksinə olduğunu söyləyib. “Əslində təzyiqlər altında İrəvan Ermənistana hədiyyə edilib. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları olmayacağını bildirmişdi, amma belə olmadı. Əslində Borçalı da Stalin tərəfindən Gürcüstana hədiyyə edilib”,-deyən R. Mehdiyev Dağlıq Qarabağı çıxmaqla, hazırda Azərbaycanda 20 min erməninin yaşadığını, azərbaycanlıların tarixi torpaqları olan indiki Ermənistanda isə 1 nəfər belə azərbaycanlının qalmadığını diqqətə çatdırıb. O, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-639.html