Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
21.05.12 20:33

“Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində paytaxtda gey-paradın keçirilməsi və başqa bəhanələrlə ölkəmizə qarşı təbliğat aparılır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Bu məsələdə xüsusilə İranın aktivliyini qeyd edən Ə.Həsənov deyib ki, bununla bağlı İrana səfər edib və onlara izah edib ki, bizim dünyəvi quruluşumuza müdaxilə etməsinlər, necə ki, biz onların dini quruluşlarına müdaxilə etmirik. “Ancaq təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir. Hər cümə namazından sonra soruşurlar ki, sizdə gey-parad, yoxsa “Eurovision” mahnı müsabiqəsi keçirilir. Mən bilmirəm ki, gey-parad məsələsi onlarda var, yoxsa yox, haradan ağıllarına düşüb” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6389.html