Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
21.05.12 20:33

“Bu gün elə bir situasiyada yaşayırıq ki, hər bir qüvvə Azərbaycanı öz dini düşərgəsinə çəkmək istəyir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
O qeyd edib ki, Azərbaycan müsəlmanları “Quran”ın təlqin etdiyi kimi islamı qəbul edir. “Bizim əzəldən öz dini modelimiz var. Buna baxmayaraq, xüsusilə İran həm də tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq. Tələb edirlər ki, İsraillə və digər dövlətlərlə əlaqəni kəsək. Biz İsraillə də, ABŞ-la da, Rusiyayla da, İranla da dost münasibət qurmuşuq. Xarici siyasətimiz belədir ki, Azərbaycanın ərazisindən İrana, o cümlədən İsrailə qarşı istifadə edilməsin. Biz dünyəviliyi davam etdiririk, bu isə İranın xoşuna gəlmir” - deyə PA rəsmisi əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6388.html