Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
21.05.12 20:33

“Bu gün bəzi dairələr Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar. Onlar bu münasibətlərdən narahatdırlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.O qeyd edib ki, məhz buna görə də onlar son günlər David Qareci kilsənin hansı ərazidə yerləşməsi məsələsini gündəmə gətirirlər. “Azərbaycan və Gürcüstan arasında SSRİ zamanı məlum sərhədlər var idi, müstəqillik illərində isə bu sərhədlərdə delimitasiya işləri aparılıb və həmin Qareci kilsəsinin ərazisinin Azərbaycana aid olduğu, biz tərəfdən həmin ərazinin qorunmalı olduğu təsdiqlənib” - deyə PA rəsmisi vurğulayıb. Onun sözlərinə görə, bunu Gürcüstanın bir sıra dini qrupları gündəmə gətirib və bu məsələni şişirtməyə çalışırlar. “Bəzən Azərbaycanda da bir qrup şəxs Borçalı məsələsini dilə gətirir, lakin biz BMT tərəfindən təsdiq olunmuş ərazi vahidlərinə sadiq qalırıq. Heç bir ərazi dəyişməsindən söhbət gedə bilməz. Biz Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşırıq” - deyə o əlavə edib.
Konfransda iştirak edən Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev isə bildirib ki, Gürcüstanla Azərbaycan arasında bu məsələ ilə bağlı heç bir problem yoxdur. O qeyd edib ki, bu məsələ xarici işlər nazirləri tərəfindən də müzakirə olunub. “Bu məsələyə hüquqi tərəfdən baxılmalıdır” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6387.html