Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputatlar Ermənistana getdilər
21.05.12 20:33

Bu gün Milli Məclisin üzvü, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, deputatlar Jalə Əliyeva və Musa Quliyev qurumun 39-cu plenar iclasında iştirak etmək üçün İrəvan şəhərinə yola düşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.İrəvanda keçiriləcək iclasın gündəliyinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə vergi sisteminin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair razılaşmanın yerinə yetirilməsi, fasiləsiz təhsil sisteminin tətbiqi, uşaqların hüquqlarının müdafiəsi, üzümçülük və şərabçılığın inkişaf perspektivləri barədə məsələlər daxil edilib.
Tədbirdə Asəf Haciyevin “İnformasiya və kommunikasiya texnologiyaları - davamlı iqtisadi inkişafa yardım” mövzusunda və  “QDİƏT Parlament Məclisinin seçkilərə dair qaydaları” haqqında çıxışı nəzərdə tutulub.
toplantıda deputatlar Musa Quliyev və Jalə Əliyeva müxtəlif məsələlərlə bağlı məruzələr edəcəklər. Assambleya çərçivəsində həmçinin qurumun Büro və Daimi Komitəsinin iclasları keçiriləcək, maliyyə və bir sıra təşkilatı məsələlərə  baxılacaq.
Tədbirin sonunda reqlamentə əsasən təşkilata sədrlik Azərbaycana keçəcək. Səfər mayın 24-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-6385.html