Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
21.05.12 20:33

Bu gün Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü  Sevinc Fətəliyeva Fransaya gedib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Deputat AŞPA-nın Sosial işlər, sağlamlıq  və davamlı  inkişaf  komitəsinin Parisdə  keçiriləcək  iclasında iştirak edəcək. Tədbirdə uşaqlara qarşı zorakılıqla mübarizə, dünyada baş verən maliyyə böhranının nəticələri, sağlamlığın təminatı üçün bərabər imkanların yaradılması,  ətraf  mühitin mühafizəsi və digər  məsələlər  müzakirə  ediləcək. Səfər mayın 23-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-6384.html