Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: “Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik”
21.05.12 20:33

“Bakıda keçirilən möhtəşəm mahnı müsabiqəsilə bağlı son günlər edilən təhdidləri də nəzərə alaraq Azərbaycan dövləti radikal dini qruplarla bağlı, ümumiyyətlə, təhlükəsizlik tədbirlərini gücləndirib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
O qeyd edib ki, təbii ki, dünyanın heç bir ölkəsi terror təhdidlərindən sığortalanmayıb. “Lakin Azərbaycanın təhlükəsizlik orqanları nə mümkündürsə, onu da ediblər, qabaqlayıcı tədbirlər görülüb. Bir sözlə, biz Azərbaycana gələn qonaqların təhlükəsizliyinə təminat vermişik” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6382.html