Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “NATO-Azərbaycan əməkdaşlığı: vətəndaş cəmiyyətinin baxışları” mövzusunda seminar keçirilib
23.01.10 03:04

Rumıniyanın Azərbaycandakı səfirliyində “NATO-Azərbaycan əməkdaşlığı: vətəndaş cəmiyyətinin baxışları” mövzusunda seminar keçirilib. KƏLAMİNFO xəbər verir ki, seminar Azərbaycan NATO Əməkdaşlığı İnstitutu tərəfindən təşkil olunub. Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki bildirib ki, Azərbaycan rəsmilərinin NATO ilə münasibətlərə dair mövqeyi bəllidir və seminarın məqsədi də vətəndaş cəmiyyətinin bu məsələyə mövqeyini aydınlaşdırmaqdır. Azərbaycan NATO Əməkdaşlığı İnstitutunun prezidenti Fərrux Məmmədov əhalini, vətəndaş cəmiyyətini NATO-nun strukturu, mahiyyəti ilə maarifləndirməyin vacibliyini bildirib. Fərrux Məmmədov qeyd edib ki, institut ABŞ, Kanada, Polşa və Macarıstanın analoji institutları ilə sıx əməkdaşlıq edir. Seminarda politoloqlar Vəfa Quluzadə, Rasim Musabəyov, İlqar Məmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri çıxış edərək Azərbaycanın Şimali Atlantika alyansına daxil olma imkanları ilə bağlı fikirlərini bölüşüblər. Qeyd edək ki, Rumıniyanın Azərbaycandakı səfirliyi 2010-cu ilədək NATO-nun ölkəmizdəki koordinatoru funksiyasını yerinə yetirəcək. Buna qədər bu missiyanı Türkiyə səfirliyi yerinə yetirib.
URL / WWW
http://kelam.az/article/a-638.html