Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
22.05.12 02:32

ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşüb.

“KƏLAMİNFO” xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Siyasi sahədə əlaqələrimizin möhkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirilib.
Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanan görüşdə əlaqələrimizin bundan sonra da genişləncəyinə əminlik ifadə edilib.
Prezident İlham Əliyev Çikaqoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirilib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev həmçinin Sloveniyanın Baş naziri Yanez Yanşa ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin son dövrlərdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan-Sloveniya əlaqələrinin iqtisadi, xüsusilə də enerji, sərmayə qoyuluşu sahələrində və müxtəlif layihələrdə birgə iştirakı baxımından əhəmiyyəti qeyd edilib.
Tərəflər ölkələrimiz arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində daha da genişlənməsinin yaxşı potensialı olduğunu vurğulayıblar.
URL / WWW
http://kelam.az/article/a-6379.html