Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İstiqlal Muzeyində “Eurovision” sərgisi təşkil olunub
18.05.12 17:04

Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 35 ildir ki, 18 may tarixi Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. “KƏLAMİNFO” xəbər verir ki, dünyanın bir çox ölkəsində qeyd olunan Muzeylər Günündə əsas məqsəd xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etməkdir. 170-dən çox muzeyə sahib olan ölkəmizdə də bu gün münasibəti ilə bir çox tədbir həyata keçirilir, muzeylərdə “Açıq qapı” elan olunur. Günün ab-havasını yaşadacaq muzeylərdən biri də Azərbaycan İstiqlal Muzeyidir. Muzeydən verilən məlumata görə, ekspozisiyada 18 May – Beynəlxalq Muzeylər Gününə və “Eurovision-2012” mahnı müsabiqəsinə həsr olunmuş sərgi keçiriləcək. Sərginin təşkilatçıları Azərbaycan İstiqlal Muzeyi və Qərb Universitetidir. Builki Muzeylər Gününün daha yaddaqalan olması ondan ibarət olacaq ki, “Eurovision-2012” Mahnı Müsabiqəsi məhz Bakıda keçiriləcək. Azərbaycan İstiqlal Muzeyində təşkil olunan “Eurovision-2012” qədim odlar diyarında” adlanır və bu sərginin müəllifləri müstəqil Azərbaycanımızla həmyaşıd olan 20 yaşlı rəssamlardır. Sərginin əsas iştirakçıları Qərb Universitetinin dizayn fakültəsinin tələbələridir. Sərgidə 70-dən çox müxtəlif əsər nümayiş olunur. Sərgi bu gün saat 18:00-da açılacaq.
URL / WWW
http://kelam.az/article/a-6376.html