Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
16.05.12 21:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə növbəti dəfə xəbərdarlıq edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Belə ki, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu  mayın 16-da saat 00:00-da başa çatır. 16 may saat 11:30-a olan məlumata əsasən, 103 934 abituriyent internetlə “Elektron ərizə “doldurub, onlardan 98741 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib. TQDK “Elektron ərizə”sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 18 may 2012-ci il saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.
URL / WWW
http://kelam.az/article/a-6364.html