Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
17.05.12 02:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə qızı Nərgiz Birk-Petersenin Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsinin aparıcılığının öhdəsindən uğurla gələcəyinə əmindir. O, bunu yarışma öncəsi “KƏLAMİNFO”ya açıqlamasında deyib.

Nərgiz Birk-Petersen mayın 22, 24 və 26-da keçiriləcək müsabiqəyə İctimai televiziyanın əməkdaşı Leyla Əliyeva və “Eurovision-2011”-in qalibi Eldar Qasımovla birlikdə aparıcılıq edəcək: “Qızım həddi-buluğa çoxdan çatıb. Onunla fəxr edirəm. Mənim borcum idi ki, ona tərbiyə və təhsil verim. İndi müstəqil şəxs kimi işləyir, öz ailəsi var. Lazım olanda hansısa məsələdə məsləhətlər verirəm. Nərgiz kifayət qədər məsuliyyətli və müstəqil insandır. İşinin öhdəsindən gələcək”.   Bakıda anadan olan Nərgiz Xəzər Universitetini bitirib. Təhsilini ABŞ-da davam etdirərək orada hüquq təhsili alıb, həmin ölkədə və Rusiyada hüquqşünas işləyib. Tələbəlik illərində Xəzər Universitetinin Tələbə Televiziyasının ingilis dilindəki xəbərlər proqramında müxbir kimi çalışıb. O, həmçinin bir müddət model kimi də fəaliyyət göstərib.
Danimarka vətəndaşı Ulrik Birk-Petersenlə ailə həyatı qurduqdan sonra özü də Danimarka vətəndaşlığını qəbul edib. İki uşaq anasıdır. O, 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə iddialı olan "Bakı-2020" Olimpiya hərəkatının İctimai əlaqələr departamentinin də direktorudur.
URL / WWW
http://kelam.az/article/a-6362.html