Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
17.05.12 01:08

Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Gürcüstanın Batumi şəhərinə səfəri çərçivəsində İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, İsveçrə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristin Yeqerzeqi-Obristlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.

Görüşdə ötən ilki seçkilərdən sonra İsveçrə parlamentinin yeni dostluq qrupu ilə Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-İsveçrə qrupu arasında gələcəkdə əməkdaşlığın dərinləşməsi, ATƏT PA-dakı Azərbaycan və İsveçrə nümayəndə heyətlərinin qarşılıqlı dəstəyi məsələləri müzakirə olunub. Qeyd edək ki, B.Muradovanın başçılıq etdiyi nümayəndə heyəti mayın 12-dən 15-nə qədər Batumidə ATƏT PA-nın tədbirinə qatılıb.
URL / WWW
http://kelam.az/article/a-6361.html