Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
17.05.12 02:07

Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Gürcüstanın Batumi şəhərində ATƏT PA-nın tədbiri çərçivəsində Belarus nümayəndə heyətinin rəhbəri Antonina Morova ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.

Görüşdə ATƏT PA-nın gələcək tədbirlərində qarşılıqlı maraq doğuran məsələlərdə nümayəndə heyətləri arasında əməkdaşlığın vacibliyi qeyd olunub. Eyni zamanda Beynəlxalq katibliyin təşəbbüsü ilə B.Muradovanın ATƏT PA-nın Baş katibi Spenser Oliver, Baş katibin müavini Qustavo Pallares və Beynəlxalq katibliyin baş müşaviri Semyon Dzakayev ilə görüşü baş tutub. Görüş zamanı Milli Məclisin təşəbbüsü ilə ATƏT PA-nın 2014-cü ilin yaz sessiyasının Azərbaycanda keçirməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb və ölkəmizin belə bir toplantıya ev sahibliyi etməsi üçün hər cür təşkilati və texniki imkanlarının olması vurğulanıb.  Qeyd olunub ki, Azərbaycanın son illər ərzində əldə etdiyi sosial və iqtisadi nailiyyətlər belə tədbirlərin keçirilməsinə şərait yaradıb. Bildirilib ki, inkişafın Azərbaycan modeli ATƏT-ə üzv dövlətlərin parlamentariləri üçün xüsusi maraq kəsb edir.
ATƏT-in dəyərlərinə hər zaman sadiq olan Azərbaycan haqqında fikir söyləyən S.Oliver, bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə dərin inamını ifadə edib və bu əməkdaşlığın həm ATƏT, həm də Azərbaycan üçün çox önəmli olduğunu vurğulayıb.
B.Muradova Monakoda keçiriləcək 21-ci yay sessiyası zamanı müzakirəsi nəzərdə tutulan Siyasi və təhlükəsizlik məsələləri üzrə ümumi komitənin hesabatına ötən il Dubrovnikdə keçirilmiş növbəti payız sessiyası çərçivəsində Dağlıq Qarabağ üzrə xüsusi debatlar zamanı səslənmiş fikirlərin daha geniş şəkildə salınmasını təklif edib və düzəlişlərin ediləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş konsulu Hüseyn Nəcəfov da iştirak edib.
Qeyd edək ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti mayın 12-dən 15-dək Gürcüstanın Batumi şəhərində “ATƏT regionunda davamlı iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi” mövzusunda  keçirilmiş konfransda iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-6360.html