Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Dalay Lama Çinin onu öldürmək üçün qadın hazırladığını deyir
15.05.12 20:46

Çin rəsmiləri Dalay Lamanın onun ölümünə cəhdlə bağlı ittihamlarını rədd edir. Tibetin 76 yaşlı buddist lideri Britaniya mediasına bildirib ki, Pekin onu öldürməsi üçün bir Tibetli qadına təlim keçir. Lamanın dediyinə görə, Çinin nəzarətində olan Tibetdə bir qadının saçına zəhərli maddə yerləşdirib, ayinlərdən birində ona toxunması tapşırılıb. Dalay Lama “Sunday Telegraph” qəzetinə bildirib ki, Çinin xüsusi xidmət agentləri həmin qadına təlim keçirlər. Çinin Xarici İşlər Nazirliyi isə bildirib ki, bu cəfəngiyyatdır, ümumiyyətlə Dalay Lama tez-tez belə yalan informasiyalar yaymaqla məşğuldur. Hazırda mühacirətdə yaşayan Dalai Lamaya bu gün Londonda “inanclı yaşamın üstünlüklərini sübut etmək sahəsində xidmətlərinə görə kilsənin 1.7 milyon dollarlıq mükafatı təqdim olunmalıdır.
URL / WWW
http://kelam.az/article/a-6357.html