Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » NATO raketdən müdafiə sistemlərini sınaqdan keçirib
15.05.12 20:46

NATO-nun Baş katibi bildirib ki, bu alyansın Avropada raketdən müdafiə sistemləri yaratması barədə ilkin sınaqları uğurla başa çatıb. Baş katib Andres Figh Rasmussen "The Wall Street Journal"da çap olunan məqaləsində bildirir ki, sınağa ABŞ-dan gəmi, radar, həmçinin Almaniya və Hollandiyadan önləyici batareyalar cəlb olunub.
Rasmussen deyib ki, eyni zamanda keçirilən bu sınaq NATO-nun raket hücumlarından müdafiəyə hazır olduğunu göstərib. Avropanın kənardan raket hücumlarından qorunmasına dair planın icrasını NATO ölkələri liderlərinin mayın 20-21-də Çikaqoda keçiriləcək sammitdə təsdiq edəcəkləri gözlənir. Rusiya NATO-nun həmin raketdən müdafiə sistemlərini özünün milli maraqlarına zidd hesab edir. Moskva cavab tədbirləri ilə hədələyir.
URL / WWW
http://kelam.az/article/a-6355.html