Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Merkel regional seçkilərdəki məğlubiyyətini “acı və ağrılı” hadisə kimi qiymətləndirib
15.05.12 20:46

Almaniya kansleri Angela Merkel rəhbəri olduğu mühafizəkar partiyanın regional seçkilərdəki məğlubiyyətini “acı və ağrılı” hadisə kimi qiymətləndirib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, amma xanım Merkel bu məğlubiyyətin onun Avropada ixtisar siyasətinə təsir göstərməyəcəyini bildirib.
Angela Merkel mətbuat konfransında deyib ki, Şimali Rayn-Vestfaliya vilayətindəki məğlubiyyət onu zəiflətməyəcək. O, Avropanın üzləşdiyi borc böhranını həll etmək yönümündə işləyəcəyini bəyan edib. Bəzi təhlilçilər Şimali Rayn-Vestfaliya seçkilərinin federal miqyasda növbəti seçkilərin gedişatına işarə olduğunu güman edirlər. Həmin seçkilərdə kansler Merkel ikinci müddətə hakimiyyət uğrunda mübarizə aparacaq.
URL / WWW
http://kelam.az/article/a-6354.html