Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU-da “English-Azerbaijani Dictionary for All” adlı lüğətin təqdimatı keçiriləcək
16.05.12 02:46

Mayın 16-sı Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası müəllimlərinin hazırladığı “English-Azerbaijani Dictionary for All” adlı lüğətin təqdimat mərasimi keçiriləcək. ADU-nun mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, mərasimdə 10-a yaxın ali təhsil ocağından nümayəndələr iştirak edəcək.  

“English-Azerbaijani Dictionary for All” adlı lüğət Azərbaycanda ilk dəfə olaraq nəşr edilən 150.000 sözü əhatə edən ingiliscə-azərbaycanca olan lüğətdir. Lüğət bu vaxta qədər yazılan lüğətlərdən bir sıra fərqli xüsusiyyətlərə malikdir. Müəlliflər kitabı “Dictionary for All”, yəni hamı üçün daha sadə və anlaqlı etmək üçün səy göstəriblər. Lüğətdə elm və texnikanın inkişafı ilə əlaqədar yaranan yeni sözlər də öz əksini tapıb. Bu lüğətdən müstəqil şəkildə dil öyrənənlər, bütün təhsil müəssisələrində təhsil alanlar və ingilis dilini tədris edənlər, o cümlədən tərcüməçilər, həmçinin diplomatik korpusların nümayəndələri faydalana bilərlər.
URL / WWW
http://kelam.az/article/a-6348.html