Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Valideynlərin yaxşı tərbiyə verə bilməsi üçün təlimlər keçirilir
15.05.12 20:46

Azərbaycanda 10 günlük Ailə Təlim Proqramı tətbiq olunub. “KƏLAMİNFO” xəbər verir ki, Beynəlxalq Ailə Günü münasibətilə bu gün Beynəlxalq Mətbuat Mərkəzində proqramın yekun nəticələrinə aid mətbuat konfransı keçirilib.

Qeyd edək ki, bu layihənin tətbiqi məqsədi ilə Türkiyə Milli Təhsil Nazirliyinin Ailə Təlim Proqramı və Ailə və Sosial Siyasətlər Nazirliyinin ailə təlimi və uşaq inkişafı üzrə iki aparıcı mütəxəssisi ölkəmizdə olublar. Türkiyə Təhsil Nazirliyinin sözügedən proqram üzrə Baş mütəxəssisi Məryəm Gündoğdu layihənin Türkiyədə 20 ildir tətbiq olunduğunu vurğulayaraq, bunun ölkənin gələcəyi üçün böyük addım olduğunu bildirib: “Türkiyədə bu layihə artıq 20 ildir həyata keçirilir. Və bunun çox böyük töhfələri var. Əgər biz gələcəyimiz saydığımız uşaqların sağlam düşüncəli və vətənə xeyirli insan kimi böyüməsini istəyiriksə bu tip layihələr davamlı olmalıdır. Düşünürəm ki, bu Azərbaycanda da həyata keçirilməsi vacib olan bir layihədir. Biz bu 10 gün ərzində azərbaycanlı valideynlərin bu proqrama necə maraq göstərdiklərinin şahidi olduq”.
Proqramın özəlliyi ondan ibarətdir ki, bu zaman uşaqlarla bərabər valideynlər də təlimə cəlb olunur, onların uşaqları ənənəvi metodlarla deyil, elmi və sivil metodlarla tərbiyələndirilməsi aşılanır. Proqram 0-18 yaşa qədər uşaqların inkişafı və müsbət valideynlik bacarıqları, ata və anaların uşaqlara qarşı intizamı, uşaqlarla səmərəli ünsiyyət və sağlam münasibətlərin qurulması kimi məsələləri də əhatə edir. Proqramın digər məqsədi isə Azərbaycanda ailə təlim proqramını həyata keçirən təlimçilər hazırlamaqdan ibarətdir.
Azərbaycan Təhsil Nazirliyinin əməkdaşı Şərafət Şirinli proqram haqqında fikir bildirərək, bunun həqiqətən vacib bir proses olduğunu vurğulayıb: “Yaş dövrünə uyğun olaraq valideyn bilməlidir ki, uşaqlarla necə davranmaq lazımdır. Türkiyədən gələn təlimçilərin sözün əsl mənasında peşəkar insanlardır. Şəxsən mən təlimlərdə fikir verdim və onların təlim metodlarından məlum oldu ki, valideyn nə qədər ali təhsilli olsa da, uşaqların tərbiyəsində elə metodlar var ki, valideyn onları bilmir”.
 Ş.Şirinli həmçinin bildirib ki, bu təlim metodlarının əhəmiyyətlilik dərəcəsini nəzərə alaraq, gələcəkdə bu proqramın regionlarda da tətbiqinə başlanılacaq.
Xatırladaq ki, Ailə Təlimi Proqramı “Himayədar Qayğı və Ailə Dəstəyi Xidmətlərinin təqdim edilməsində Yerli hökumət orqanları ilə Qeyri-Hökumət Təşkilatları arasında əməkdaşlıq modelinin hazırlanması” layihəsinin bir hissəsidir. Layihə Avropa İttifaqı, Avstriya İnkişaf Agentliyi və Azərbaycan Təhsil Nazirliyi tərəfindən birgə maliyyələşdirilir və Təhsil Nazirliyi, Hilfsverk Avstriya Beynəlxalq Təşkilatı, Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən həyat həyata keçirilir.
URL / WWW
http://kelam.az/article/a-6347.html