Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər edilir
15.05.12 22:46

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda əvvəlcə “Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında” qanun layihəsi müzakirə olunub.

Qanuna görə “Nətavan” qəsəbəsinin adının “Natəvan” adlandırılması plenar iclasa tövsiyə olunub.
Komitədə, həmçinin “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Qanun layihəsində təklif olunub ki, sözügedən qanunvericilik aktının 18-ci maddəsinə və 25-ci maddəsinə dəyişikliklər edilsin. Qeyd olunan qanunun 18-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən bələdiyyənin icra aparatı bələdiyyənin, habelə, bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Həmçinin bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumatlar verirlər. Adı çəkilən qanunun 25-ci maddəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilir ki, bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-6340.html