Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyində Türkiyənin mili təhsil naziri ilə görüş keçirildi
21.01.10 21:07

Bu gün Təhsil Nazirliyində Türkiyənin mili təhsil naziri Nimət Çubukçu ilə görüş keçirildi. KƏLAMİNFO xəbər verir ki, görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, bu həmkarının Azərbaycana ilk səfəridir. İki ölkə arasında təhsil sahəsindəki əlaqələri daha da genişləndirmək arzusunda olduğunu söyləyən M. Mərdanov əlavə etdi ki, N.Çubukçu bu gün bir sıra təhsil ocaqlarında olacaq. O, görüşdə mövcud protokolların genişləndirilməsi, Türkiyədə ölkəmizin tələblərinə uyğun ixtisaslar, xüsusilə tibb sahəsi üzrə kadr hazırlığının genişləndirilməsi, Azərbaycanda təhsil alan türkiyəli tələbələr, eləcə də Türkiyə universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təhsili ilə bağlı məsələlərin müzakirə olunacağını da söylədi. Ölkələrimiz arasındakı qardaşlıq əlaqələrinin qədim tarixə malik olduğunu diqqətə çatdıran N.Çubukçu bildirdi ki, Azərbaycana səfərinin məqsədi mövcud iş birliyini genişləndirməkdir. İki ölkə arasında təhsil əlaqələrinin 1992-ci ildə qurulduğunu xatırladan N.Çubukçu bu əlaqələrin getdikcə daha da genişləndiyini vurğuladı. O, Türkiyədə xeyli sayda azərbaycanlı tələbənin təhsil aldığını söylədi və bildirdi ki, onların təhsili üçün ölkəsində hər bir şərait yaradılıb. Nazir bu səfərində iki ölkə arasında təhsil sahəsinə aid heç bir sənədin imzalanmayacağını söylədi. Qeyd edək ki, görüş sonra qapalı davam etdi.
URL / WWW
http://kelam.az/article/a-633.html