Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Azərbaycanda turizmin inkişaf perspektivləri
28.04.12 17:54

Son illərdə turizm dunyanın, o cumlədən Azərbaycanın ən perspektivli sahələrindən birinə çevrilib. Bu gun turizm problemlərinin oyrənilməsi nəinki sosial-iqtisadi, hətta boyuk mədəni-siyasi əhəmiyyət kəsb etməkdədir. Cunki, getdikcə daha cox mədəniyyət hadisəsinə cevrilməkdə olan turizm fenomeni artıq elmi-mədəni fikirdə bir kulturoloji proses kimi izlənilməkdədir. Zaman ötdukcə dunyanı vahid bir insanlıq evi kimi qəbul edən və bəşəri dəyərləri onə çəkən qurum və təşkilatlar, fərd və cəmiyyətlər turizmin insan həyatının ayrılmaz bir tərkib hissəsi halına gəldiyini, iqtisadiyyatın, elmin və mədəniyyətin inkişafına təkan verən təsiredici bir gücə malik olduğunu etiraf etməkdədirlər. Turizmin bir mədəniyyət faktı, bəşəriyyətin təminatlı və təhlukəsiz gələcəyi uçün geniş perspektivlər açan bir kulturoloji proses kimi tədqiqi və təbliği problemləri indi həmişəkindən daha aydın dərk olunmaqdadır.

Muasir dovrdə dunya əhalisinin təxminən 10%-i beynəlxalq turizm hərəkatına qatılmaqdadır. Olkədaxili turizm proseslərinə qoşulan insanların sayı məsələsində isə əldə dəqiq məlumatlar yoxdur. Digər tərəfdən turizmin dünya iqtisadiyyatı içərisindəki yeri də müntəzəm artmaqdadır. Aparılan araşdırmalar, yaxın illərdə turizmin dunya iqtisadiyyatının ən önəmli sektorlarından biri olacağını göstərməkdədir. Dünya Turizm Təşkilatının araşdırmaları, turizm proseslərinə qatılan insanların sayının və turizmin iqtisadi təsirlərinin daha da artacağını ortaya qoymaqdadır. Digər tərəfdən, turizm son illərdə iqtisadi təsirləri ilə yanaşı, ətraf muhitə olan təsiri ilə də daha artıq gundəmdə olan və muzakirə edilən sektorlardan biridir. Turizmin daimi xarakter daşımayan bir yerdəyişdirmə prosesi olması və bu proseslərin dunya miqyasında getdikcə təmiz təbii muhitlərə doğru yonəlməsi, turizmlə ərtaf mühitin qaşılıqlı əlaqəsinə dair müzakirələri müntəzəm olaraq gündəmdə saxlamaqdadır. Dünya hər gun ağlasığmaz və izlənilməsi cətin olan bir sürətlə dəyişməkdədir. Dünən əsas kimi qəbul etdiyimiz dəyişikliklər qısa bir muddətdə keçərsiz hala gəlməkdədir. Dünya tarixinin önəmli bir keçid məqamına şahidlik edirik. İnformasiya texnologiyaları inanılmaz bir sürətlə inkişaf etməkdə, dünya qlobal kənddən də artıq, bir evin otağı halına gəlməkdədir. Bütün bu inkişafların turizm sektoru və turizm fənni ilə əlaqəli məsələlərdən təsirsiz ötüşəcəyini gözləmək mümkün deyildir. Qlobal bir sektor olan turizm, dünyanın içində olduğu yeni nizamdan və bu nizamın müəyyənləşdiricisi və istiqamətləndiricisi olan amillərdən hər an təsirlənməkdə və dəyişikliyə uğramaqdadır.


Turizmin perspektivlərinə nikbin baxmaq olar


Təbii ki, mütəşəkkil və düzgün turizm siyasətinin formalaşdırılması və bunun uğurlu sürətdə həyata keçirilməsi heç də asan məsələ deyil. Çünki bu məsələdə, ölkənin yalnız turizm resursları və potensial imkanların olması hər şeyi həll etmir. Bu səbəbdəndir ki, kifayət qədər turizm resurları olduğu halda, ölkəmiz beynəlxalq aləmdə hələ də turizm regionu kimi tanına bilməmişdir. Yalnız son illərdə bu sektorun inkişafı üçün siyasi, iqtisadi və sosial-mədəni imkanlar yarandığını nəzərə alsaq, gələcəkdə Azərbaycanda turizmin perspektivlərinə nikbin baxmaq olar. Xususilə də, son vaxtlar turizmin inkişafına yonəlmiş layihələr bu sahənin gələcəyinə umidverici nəzərlərlə baxmağa imkan verir.
Azərbaycan Respublikasının turizm sahəsində siyasətinin əsas prinsipləri 1999-cu il iyun ayının 4-də qəbul edilmiş “Turizm haqqında Azərbaycan Respublikasının Qanunu”nda, 2002-ci ilin avqust ayında təsdiq olunmuş “Azərbaycan Respublikasında 2002 – 2005-ci illərdə turizmin inkişafına dair Dovlət Proqramı”nda, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2004-cu ilin fevral ayında təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004 – 2008-ci illər) Dovlət Proqramı”nda və 2007 – 2017-ci illər üçün nəzərdə tutulmuş Dovlət Proqramında oz əksini tapmışdır. Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən edilmiş turizm siyasətinin mahiyyəti və əsas prinsipləri vətəndaşların istirahətə olan hüquqlarını mudafiə etməkdə, oz olkəsində və xarici ölkələrdə sərbəst hərəkət etməsinə şərait yaratmaqda, ətraf muhitin qorunmasına dair tədbirlər həyata keçirməkdə, turizm sahəsində təhsil və maarifçilik fəaliyyətlərinə dəstək verməkdədir. Yeni iş yerlərinin açılması, milli gəlirlərin artması, beynəlxalq əlaqələrin genişlənməsi, tarixi abidələrin və turizm obyektlərinin qorunması və restavrasiyası kimi tədbirlər nəticədə mədəniyyətin inkişafına və insanların rifahının yaxşılaşdırılmasına təkan verir.


Kadrların hazırlanması zəruridir...


Turizmin inkişafında vacib amillərdən biri də bu sahədə kadrların hazırlanmasıdır. Turizm dinamik bir proses olduğu üçün turist bazarı cox dəyişkənlik gostərməkdədir. Belə bir dinamik və dəyişkən şəraitdə yalnız savadlı, yaxşı hazırlıqlı və təcrubəli kadrlar rəqabətə dözumlu turist məhsulu hazırlaya və sata bilərlər. Bu gun Azərbaycanda turizmin ayrı-ayrı sahələri o cumlədən mədəni xidmət, istirahət və əyləncə, informasiya və kommunikasiya, nəqliyyat və yerləşdirilmə obyektləri üçün işin texnologiyası ilə bağlı, həmçinin digər sahələr uzrə ixtisaslaşmış kadrlar hazırlığına boyuk ehtiyac duyulmaqdadır. Məhz ona gorə də bu gun Azərbaycanın turizm sektorunda muşahidə edilən dəyişikliklər, qısa bir zaman muddətində oz təsirini turizm təhsili sahəsinə də gostərmişdir və bu sahədəki təhsil qurumlarının sayı getdikcə artmaqdadır. Artıq bu gun ali təhsil müəssisələrində turizm ixtisasları uzrə peşəkar kadr hazırlığı işinə ciddi fikir verilməkdədir. Bu sahədə ali təhsilli mutəxəssis hazirlığı ilə yanaşı, eyni zamanda elmi araşdırmalar aparılır, monoqrafiyalar və dissertasiyalar yazılır, dərsliklər nəşr edilir. Məsələn, Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Turizm İnstitutunda həyata kecirilən kadr hazırlığı bu sahədə gorulən işlər sırasında cox muhum əhmiyyət daşımaqdadır. Lakin nəzəri biliklərin praktikaya tətbiqi üçün mutləq bu sahədə movcud olan beynəlxalq elmi və praktik təcrubələr mənimsənilməli, olkəmizin təbii, maddi və mədəni imkanları araşdırılmalı və bunların məqsədyonlu istifadəsi üçün layihələr hazırlanmalıdır.
Bu istiqamətdə Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetində gorulən işləri qənaətbəxş hesab etmək olar. Artıq bir neçə ildən bəri turizm sahəsində mutəxəssis hazırlığının musbət nəticələri göz qabağındadır. Bu mənada Kulturologiya fakultəsinin Tətbiqi kulturologoya kafedrasında bir sıra elmi və pedaqoji nailiyyətlər qazanılmışdır. Turizm ixtisasları uzrə bir sıra fənlərdən proqramlar işlənilmiş, elmi-tədqiqat işləri yazılmış və “Turizmin əsasları” dərsliyi nəşr edilmişdir.
Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədr muavini Musa Quliyevin fikrincə, Azərbaycanda turizmin inkişafı üçün boyuk imkanlar var. Ən onəmli layihələrdən biri “Kurortlar və sanatoriyalar haqqında" qanun layihəsidir.
Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafına, xususilə prezidentin tapşırıq və fərmanları ilə Azərbaycanın təbiətinin potensialından istifadə, olkəyə turist axınının yaxşılaşdırılması, Xəzərboyu ərazilərdə kurort, sanatoriya və digər istirahət yerlərinin yaradılması prosesinə ciddi diqqət yetirilir. Azərbaycanın digər turist olkələrindən geri qalmayan gozəl təbiəti var.
Mədəni turizm də Azərbaycanda inkişaf sektoru kimi nəzərdən kecirilir, coxtərəfli və ikitərəfli himayə, habelə xarici investorların layihə yardımları ilə dəstəklənir. Azərbaycanlılar turizmə məşğulluq yarada və gəlir gətirə biləcək inkişaf potensialı kimi baxırlar. Ölkədə zəngin muzey və rəsm qalereyaları, tarixi abidə və şəhərlər, məscidlər və kilsələr, məbədlər, irs parkları, karvansaralar, tarixin əbədiləşdiyi coxlu yerlər vardır. Bu olkə həmcinin güclü ənənəvi mədəniyyətə, adət və ənənələrə, hərarətli qonaqpərvərlik ruhuna malik, habelə uzun əsrlər boyu qədim ticarət yollarının üzərində yerləşmiş bir ölkədir. Azərbaycanda mədəni turizmin inkişafı, onun həm milli, həm də beynəlxalq səviyyədə cazibədar olması üçün bir sıra şərtlərin hökmən yerinə yetirilməsini tələb edir: zəruri infrastrukturlar yaxşılaşdırılmaqla yanaşı, mədəni turizm yerlərinin (ətrafın, küçənin, reklamların) cazibədarlığı inkişaf etdirilməli; kifayət qədər təlim görmuş işci heyətinə yiyələnməli; ziyarət ediləcək mənzərəli yerlər turist xidmətləri ilə əhatə olunmalı, turistlər üçün göruşlər və oriyentasiya sistemləri (informasiya, tərcümə, bələdçilər, kataloqlar) inkişaf etdirilməli, turizm sahəsində kiçik və orta muəssisələrin sayca artması təşviq olunmalı; sovet hakimiyyəti dövrundən sonrakı yeni milli irs şüurunun yayğınlaşmasına calışılmalıdır.
Avropa Şurası ekspertlərinin Azərbaycan mədəniyyəti ilə bağlı hesabatlarında deyilir ki, mədəni turizm Azərbaycanın inkişafında ən muhum dəyərlərdən və beynəlxalq səviyyədə ölkənin imicinin yayılması imkanlarından biridir. 
MDB ölkələrinin əksər vətəndaşları üçün Azərbaycana gələrkən viza almaq zərurəti yoxdur. Digər olkə vətəndaşları xaricdəki Azərbaycan səfirliyində və yaxud Bakıdakı Heydər Əliyev beynəlxalq aeroportunda ozəl şəxsdən və ya turist agentliyindən aldığı dəvət əsasında viza əldə etməlidir. Adi giriş-cıxış vizası üçün etibarlılıq muddəti 3 gundən 3 aya qədər muəyyən edilmişdir. Coxdəfəli giriş-cıxış vizası üçün isə bu muddət 1 ilə qədərdir. Əgər viza bu muddət ərzində istifadə olunmazsa o, etibarsız hesab edilir. Qayıdış vizası 1 aya qədər olan muddətdə qayıdacaqları təqdirdə Azərbaycan Respublikasını tərk edən, şəxsi pasportu olan əcnəbilərin muraciəti ilə verilə bilər. Bu viza Azərbaycan Respublikasından çıxma tarixindən keçən altı ay ərzində istifadə edilməzsə, öz etibarlılığını itirir.
Azərbaycanda qalmaq üçün viza muddətini uzatmaq istəyən əcnəbilər onların hal-hazırdakı vizalarında gostərilən muddətin bitdiyi vaxtdan əvvəl bunu etməlidir.
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-6326.html