Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Milli-mənəvi irs: qanunvericilik və beynəlxalq əməkdaşlıq
08.04.12 17:54

Azərbaycan keçid dövru şəraitində, mədəniyyət sahəsində kəskin tənəzzullə uzləşmişdir. Bir cox kutləvi mədəniyyət mərkəzlərinin (muzeylər, kitabxanalar, parklar, teatr və konsert zalları) əsaslı bərpasına və modernləşdirilməsinə ehtiyac duyulurdu. İncəsənət sahəsində tənəzzulun və mədəni irsin itməsinin cəmiyyətə təsiri istənilən halda iqtisadi inkişaf uzrə qarşıya qoyulan məqsədlərlə heç cur muqayisə edilə bilməz.

Bu baxımdan hökumət, yoxsulluğun azaldılması məqsədləri çərçivəsində incəsənət sahəsində tənəzul meyllərinin qarşısının alınmasına və mədəniyyətin inkişaf etdirilməsinə yonəldilmiş əsas tədbirlər işləyib hazırlamalı idi. Belə ki, 1998-ci ilin aprel ayının 10-da “Tarix və mədəniyyət abidələrinin qorunması” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu Qanun tarix və mədəniyyət abidələrinin qorunması, oyrənilməsi və onlardan istifadə ilə bağlı munasibətləri tənzimləyir. Tarix və mədəniyyət abidələri – arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar, xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir. Burada deyilir ki, tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər munasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla, olduğu və inşa edildiyi yerlərdə qorunur. Bu Qanunda qeyd edilir ki, Azərbaycan xalqının zəngin milli mədəniyyətinin qorunub saxlanması dovlətimizin ən muhum vəzivələrindən biridir.
Mədəni sərvətlərin qorunub saxlanması və istifadəsi problemləri olkənin əsas Qanununda – Azərbaycan Respublikasının Konstitusiyasında da oz əksini tapmışdır: “Hər kəs tarixi, mədəni və mənəvi irsə hormətlə yanaşmalı, ona qayğı gostərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”.
Hər bir xalqın mədəni irsi onun milli yaradıcılıq potensialının etibarlı gostəricisidir. Mədəni irsin qorunması və inkişaf etdirilməsi umumilikdə cəmiyyətin inkişafının və butun sahələrdə yuksək nailiyyətlər əldə etmək cəhdlərinin ayrılmaz bir hissəsidir. Tarix və memarlıq abidələri, muzeylər, kitabxanalar və arxivlər mədəni irsi muhafizə edən ən muhum  mədəniyyət ocaqlarıdır.
Dunyanın bir cox olkələrində bir qayda olaraq mədəni irsin qorunması, saxlanması və onun fundamental inkişafı dovlət siyasətinin tərkib hissəsi kimi, onun maliyyə vəsaitləri hesabına həyata kecirilir. Buna baxmayaraq mədəniyyətlə bağlı əlavə fəaliyyət sahələrinə özəl sektorun cəlb olunması da həvəsləndirilə bilər. Buraya muxtəlif təlim proqramları bədii gecələrin, incəsənət tədbirlərinin və mədəniyyət mərkəzlərinə ekskursiyaların təşkil olunması, nəqliyyat, informasiya texnologiyası və nəşriyyat eləcə də pərakəndə satış sahələri aiddir. Bundan əlavə bəzi mədəniyyət mərkəzləri özəl sektora idarəetməyə verilə bilər. Bütün bunlar hökumətin inkişaf strategiyasına tam uyğun olaraq, gəlir əldə etmə imkanlarının yaradılmasına birbaşa təsir gostərəcək.
2003-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muasir beynəlxalq təcrubəyə əsaslanan mədəniyyət siyasəti istiqamətində 2004–2008-ci illər ucun “Azərbaycan mədəniyyətinin Dovlət Strateji inkişafı proqramının” layihəsi hazırlanmışdır. Proqram Azərbaycan Respublikasında dovlət səviyyəsində aparılan mədəniyyət siyasətinin əsas istiqamətlərini muəyyən edir və “Mədəniyyət siyasətinin təminatı”, “Mədəni irsin muhafizəsi”, “Yaradıcılığın dəstəklənməsi” və “Mədəni mənafeylərin inkişafı” adlı 4 bölmədən, 20 fəsildən və Proqrama əlavə olunan “məqsədli layihələr cədvəli”ndən ibarətdir. Proqram muasir cəmiyyətdə mədəniyyətin rolunun yenidən dərk olunmasına, milli ideyanın inkişaf etdirilməsinə, beynəlxalq aləmdə Azərbaycanın nufuzunun artırılmasına həsr olunmuşdur. Proqramın əsas
məqsədi keçmişi qoruyub saxlamaq, indini dəstəkləmək və gələcək inkişaf uçun zəmin yaratmaqdır.


Bir sıra muhum layihələr həyata kecirilir


Xarici mədəniyyət siyasəti istiqamətində nazirliyin mədəniyyət siyasəti şobəsi YUNESKO, Avropa Şurası, Avropa Birliyi, TÜRKSOY, MDB və digər nufuzlu beynəlxalq təşkilatların muvafiq qurumları ilə uğurlu əməkdaşlıq edir. Təsadyfi deyil ki, son illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Avropa Şurası arasında əməkdaşlıq çərçivəsində mədəniyyət siyasəti sahəsində bir sıra muhum layihələr həyata keçirilir. Bunların arasında Avropa Şurasının Cənubi Qafqaz olkələri üçün nəzərdə tutulmuş və 2000-ci ildən başlanılmış STEYC layihəsi xususi əhəmiyyət kəsb edir. Bu layihə çərçivəsində yerli və Avropa ekspertləri tərəfindən Azəprbaycanın mədəniyyət siyasətinə dair milli məruzə Strasburqda kecirilən Avropa Şurasının Mədəniyyət uzrə rəhbər Komitəsinin toplantısında təqdim olunaraq Komitə tərəfindən yuksək qiymətləndirilmişdir. Layihənin son mərhələsi kimi, Məruzənin muzakirə edilməsi və movcud problemlərin araşdırılması məqsədilə Mədəniyyət Naizrliyi ilə Avropa Şurası tərəfindən 23-24 iyun 2003-cu il tarixində Bakıda Milli Debatlar keçirilmişdir. Yuksək dovlət səviyyəsində təşkil olunmuş Milli Debatlar Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin iştirakçılara unvanlanmış muraciətinin oxunması ilə başlanmışdır. İki gun davam edən tədbirin sonunda Azərbaycanın mədəniyyət siyasəti uzrə Bəyannamə qəbul olunmuşdur. Eləcə də Avropa Şurasının STEYC layihəsi çərçivəsində bir sıra digər tədbirlər də həyata keçirilmişdir ki, bunlardan biri də “Şəhərlər ucun mədəniyyət siyasəti” proqramı olmuşdur.
16-22 iyun 2003-cu il tarixində Bakıda həyata keçirilən bu layihələdə İsveçrə və Turkiyədən olan mutəxəssislər və həmçinin Avropa Şurasının Mədəniyyət siyasəti və fəaliyyəti Departamentinin numayəndələri iştirak etmişlər.
2004-cu ilin sentybarın 18-dən 20-dək Türkiyənin Antalya şəhərində Türkiyə hakimiyyət orqanlarının dəvəti ilə STEYC Layihəsinin Üçüncü Nazirlər Kollokviumu keçirilmişdir. STEYC Layihəsinin üçillik nəticəsi kimi, “Azərbaycanda mədəniyyət siyasəti” adlı kitab yazılmış və Azərbaycan, ingilis və rus dillərində çapdan çıxmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsi Avropa Şurası və Almaniyanın Bonn şəhərində yerləşən “ERİKarts” elmi-tədqiqat institutu tərəfindən həyata keçirilən “Avropada mədəniyyət siyasəti: əsas təmayullər və faktların Kompendiumu” beynəlxalq birgə layihəsində iştirakını davam etdirmişdir. Azərbaycan Respublikasının aid olan son faktlar və sənədlər təhlil edilib işlənilmiş və Avropa Şurasına təqdim olunmuşdur.
2002–2003-cu illər ərzində YUNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri proqramı” çərçivəsində geniş fəaliyyət aparılmışdır. YUNESKO-nun Baş Direktoru, Baş direktorun muavini, qeyri-maddi irs departamentinin rəhbərliyi ilə nazirliyin numayəndələri Parisdə və Bakıda bir sıra muhum göruşlər keçirmişdir. Şobə Milli Elmlər Akademiyası və YUNESKO uzrə Azərbaycan Milli
Komissiyası ilə birgə Azərbaycan muğamının qorunmasına və inkişafına istiqamətləndirilmiş Fəaliyyət Planı tərtib etmişdir. Belə gərgin və məqsədyönlu fəaliyyətin nəticəsində 2003-cü ilin noyabr ayında Azərbaycan muğamı YUNESKO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir. Bu fakt konkret olaraq Mədəniyyət Nazirliyi və butovlukdə Azərbaycan mədəniyyəti üçün böyük qələbəsi kimi qeyd olunmalıdır.
1-6 iyun 2003-cü il tarixində YUNESKO uzrə Litva Milli Komissiyası və YUNESKO-nun Mədəniyyət siyasəti və mədəniyyətlərarası dialoq Departamenti tərəfindən birgə təşkil olunmuş “Sivilizasiyalararası dialoq: Qafqaz” adlı regionlararası laiyhə çərçivəsində Vilnusda goruş kecirilmişdir.
11-14 may tarixində Stokholm şəhərində “Mədəniyyət sahəsində inkişaf məqsədilə siyasət” uzrə 1998-ci ilin Stokholm Hökumətlərarası konfransında qəbul edilmiş fəaliyyət Planının həyata keçirilməsinə həsr olunmuş “Stokholm+5” adlı YUNESKO ekspertlərinin Görüşü təşkil olunmuşdur. Goruşdə şöbə mudiri “Azərbaycada mədəniyyət siyasətinin institusional quruculuğu və inkişafı” movzusunda cıxış etmişdir.
YUNESKO-nun 2002-2003-cü illər üçün Roqramı əsasında “GUOAM olkələri arasında Şərq-Qərb mədəniyyətlərarası dialoq: Avropa-Qafqaz-Asiya mədəniyyət dəhlizinin yaradılması” adlı beynəlxalq görüş təşkil edilmişdir. Görüş Azərbaycan, Gurcustan, Moldova, Ukrayna və Özbəkistan nümayəndələrinin iştirakı ilə 9-10 iyul 2003-cü il tarixində
Bakıda keçirildi. Konfransın sonunda YUNESKO-nun mədəni Muxtəliflik uzrə Universal Bəyannaməsi və onun fəaliyyət planında əks olunan prinsiplər nəzərə alınmaqla Bakı Bəyannaməsi qəbul olundu.
9-14 oktyabr 2003-cu il tarixində Parisdə YUNESKO baş konfransının 32-ci sesiyası çərçivəsində Mədəniyyət məsələləri üzrə Komissiyanın görüşü keçirildi. MDB iştirakçı dövlətlərinin mədəni əməkdaşlıq uzrə Şurası ilə birgə fəaliyyət mədəniyyət siyasəti şöbəsinin prioritet istiqamətlərindən biridir. Həyata keçirilmiş tədbirlər sırasında Şuranın 01 oktyabr 2003-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilmiş XIX-cu iclası və “Qloballaşma kontekstində post-sovet məkanında mədəniyyətlərarası dialoq” adlı beynəlxalq elmi-praktik konfransını gostərmək olar. 2004-cü ilin 18-19 noyabr tarixində Sankt-Peterburq şəhərində keçirilmiş MDB parlamentlərarası Assambleyasının mədəniyyət, informasiya, turizm və idman uzrə Daimi Komissiyası ilə MDB iştirakçı dövlətlərinin mədəniyyətin qanunvericilik təminatının öyrənilməsi və müqayisəli təhlili uzrə İşci Qrupun birgə iclası keçirildi.
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-6324.html