Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Respublika Klinik Uroloji xəstəxananın əsaslı təmirdən sonra açılışında iştirak edib
22.01.10 03:05

Bu gün Bakıda Respublika Klinik Uroloji xəstəxanasının əsaslı təmirdən sonra açılışı olub. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev və xanımı səhiyyə müəssisəsində yaradılan şəraitlə tanış olublar. Tədbirdə bildirilib ki, ümumi sahəsi 7,6 min kvm olan xəstəxanada 167 otaq, o cümlədən 47 palata, 7 əməliyyat otağından ibarət iki əməliyyat bloku, mətbəx əsaslı təmir edilib. Açılışda həmçinin qeyd edilib ki, 120 çarpayılıq klinikada uroloji və nefroloji xəstələrə yüksək səviyyədə tibbi yardım göstərmək imkanı olan uroloji, hemodializ, böyrəkköçürmə, reanimasiya və anesteziologiya, şüa diaqnostikası, immunoloji laboratoriya və digər şöbələr var. Dövlət başçısı xəstəxananın əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək, tövsiyə və tapşırıqlarını verib. Qeyd edək ki, Respublika Klinik Uroloji xəstəxanası keçmiş Sovet İttifaqında ilk ixtisaslaşmış uroloji klinikalardan biri olmaqla, 1966-cı ildə akademik Mirməmməd Cavadzadənin rəhbərliyi ilə yaradılıb. Xəstəxanada 1969-cu ildə hemodializ və süni böyrək laboratoriyası açılıb, 1971-ci ildə Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib. Prezident İlham Əliyevin 2007-ci ilin sentyabrında klinikanın əsaslı təmir-təchizatı və onun nəzdində böyrəkköçürmə mərkəzinin yaradılması haqqında imzaladığı Sərəncama uyğun olaraq Prezidentin Ehtiyat Fondundan, habelə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait hesabına xəstəxanada yenidənqurma işləri aparılıb.
URL / WWW
http://kelam.az/article/a-632.html