Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Polislərin əksəriyyəti qadınlar olmalıdır”
14.05.12 23:43

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Stereotipləri qıraq! Qadın polislərlə bağlı miflər” tədqiqatının təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, təqdimatı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramı (QİP) çərçivəsində tədqiqat aparan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası təşkilatlarından ibarət QHT Koalisiyası təşkil edib. “Təmiz Dünya” İB-nin rəhbəri Mehriban Zeynalova bildirib ki, tədqiqatlar zamanı məlum oldu ki, respondentlərin əksəriyyəti mental dəyərləri rəhbər tutaraq qadınların polis sıralarında təmsil olunmasının yolverilməz olduğunu göstərib. “Qanunvericilikdə isə heç bir ayrı-seçkilik yoxdur” - deyən M.Zeynalova, “lakin nəzərə almalıyıq ki, polis sıralarında kişilər təmsil olunduğundan məişət zorakılığı baş verdiyi halda qadınlar polisə müraciət etmir. Qadınlar tərəfindən törədilmiş cinayət hadisələrində və digər məqamlarda məhz kişi polislər qadınların üzərində axtarış etməli, yaxud onlara toxunmağa məcburdur. Bu isə onu göstərir ki, polisdə qadının təmsil olunması nəinki mentalitetə zidd, hətta onun tələbidir” fikrini vurğulayıb.
Qeyd edək ki, tədqiqatda 150-si rayon, 150-si isə şəhər sakini olmaqla 300 nəfər respondent iştirak edib. Maraqlısı ondan ibarətdir ki, iştirakçıların qadınların bu sahədə işləməsini dəstəkləməyən 23%-i bildirib ki, qadın polisdə işləsə əxlaqı zərər görər, 42%-i isə bildirib ki, qadın bu sahədə işlədiyi halda ailə münaqişələrinə səbəb ola bilər.
“Şərq cəmiyyəti patriarxal cəmiyyətdir. Kişi dominat hesab olunur”- deyə çıxışa başlayan millət vəkili Zahid Oruc kişilərin qadınların polisdə işləməsini dəstəkləməməsinə onların qadınlar tərəfindən mühakimə olunmalarını istəməməsi ilə əlaqələndirib. Cəmiyyətin Allah tərəfindən balansda qurulduğunu vurğulayan Z.Oruc, qadınları polisdə işləməyə dəvət etməklə bərabər, bunun vacib olmasını da bildirib.
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi Mətləb Mahmudov da gender stereotiplərinin hər gün adım-addım aradan qalxdığını, qadınlarımızın ildən-ilə həyatın bütün sahələrində aktivliyinin müşahidə olunduğunu vurğulayaraq, onların polis sıralarında da geniş yer tutmalarının vacib olduğunu bildirib.
Qadınların polis sıralarında mövqe tutmalarının vacib olması haqda ən orijinal təklif isə Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovdan gəlib: “Məişət zorakılığına qarşı mübarizə haqqında Qanunun səmərəli tətbiqi üçün ixtisaslaşmış polis qurumunun yaradılması və ya mövcud qurumlar nəzdində xüsusi polis qrupunun yaradılması vacibdir və bu polislərin əksəriyyəti qadınlar olmalıdır”.
URL / WWW
http://kelam.az/article/a-6315.html