Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb
15.05.12 02:43

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci ildə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

“KƏLAMİNFO”un məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, iyunun 2-də Bakı şəhəri üzrə 11-ci sinif , iyunun 3-də 9-cu sinif şagirdləri imtahan verəcəklər. Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmazda saat 10.00-da 11-ci, 15.00-da 9-cu sinif şagirdləri, iyunun 13-də Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax və Tovuzda saat 10.00-da 11-ci, 15.00-da 9-cu sinif şagirdləri imtahan verəcəklər. Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqanda iyunun 18-də 10.00-da 11-ci, 15.00-da 9-cu sinif şagirdləri imtahan verəcəklər. Lənkəran. Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul və Biləsuvarda iyunun 29-da saat 10.00-da 11-ci, 15.00-da 9-cu sinif şagirdləri üçün imtahan təşkil olunacaq. Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda iyulun 4-də saat 10.00-da 11-ci, 15.00-da 9-cu sinif şagirdləri imtahan verəcəklər.
M.Abbaszadə deyib ki, Gəncə, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsi şagirdləri Bakı şəhərinin məktəblərinin şagirdləri ilə eyni gündə imtahan verəcəklər. İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.
TQDK sədri xatırladıb ki, buraxılış imtahanları ana dili (Azərbaycan bölməsinin şagirdləri Azərbaycan, rus bölməsinin şagirdləri rus dili fənni) və riyaziyyat fənləri üzrə keçiriləcək. Şagirdlərə hər bir fənn üzrə 30 test tapşırığı veriləcək. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yazacaqlar. İmtahan 2 saat davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-6314.html