Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bolqarıstan Xalq Məclisinin sədri: “Azərbaycanın Avropa İttifaqına inteqrasiyasında daha çox yardımçı ola bilərik”
14.05.12 19:43

“Azərbaycanın Avropa İttifaqına daha çox inteqrasiyası məsələsində Bolqarıstan bələdçi ola bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycanla Bolqarıstan arasında bir çox sahədə əlaqələrin inkişafı üçün kifayət qədər potensial var. “Xüsusilə Azərbaycanın Avropaya inteqrasiyası məsələsində biz daha çox yardımçı ola bilərik” - deyə T.Tseaçeva vurğulayıb. O, səfər çərçivəsində prezident İlham Əliyevlə görüşdüyünü də bildirib. “Azərbaycan Prezidenti ilə görüş səmərəli oldu, biz energetika, kənd təsərrüfatı, nəqliyyat və başqa sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik, birgə layihələri davam etdirmək üzrə razılığa gəldik” - deyə o əlavə edib.
Bu gün həmçinin spiker Oqtay Əsədovla görüşən T.Tseaçeva deyib ki, səfər zamanı o, Azərbaycan və Bolqarıstanın qanunvericilik orqanları arasında beynəlxalq və regional əməkdaşlıq çərçivəsində, eləcə də müxtəlif sahələrdə əlaqələrin inkişafı üzrə əməkdaşlıq haqqında danışıqlar aparacaq.
URL / WWW
http://kelam.az/article/a-6313.html