Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda xərçəng xəstəliyinə düçar olanların sayı artır
21.01.10 17:34

Proqnozlara görə 2050-ci ildə dünya üzrə xərçənglə ilk dəfə xəstələnənlərin ümumi sayı 24 milyona, bu xəstəlikdən ölənlərin sayı isə 16 milyona çatacaq. Azərbaycanda da xərçəng xəstəliyinə düçar olanların sayı artıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər. Məlumata görə, son 5 il ərzində bu xəstəlikdən ölüm göstəricisi də artmaqdadır. Bunun əsas səbəblərindən biri şiş əleyhinə preparatların olmaması və çatışmazlığı, eləcə də bu preparatların çox baha olmasıdır. Rəsmi məlumatlara görə, ölkəmizdə 8 minə yaxın bədxassəli şiş xəstəsi var. Bundan 4 mindən çoxu qadın, 3500-dən çoxu kişidir. Qadınlarda xərçəng ən çox süd vəzi və uşaqlıq boyununda, kişilərdə isə mədə və ağciyərdə rast gəlinir. Azərbaycanda bu xəstəliyin ən yayılmış forması süd vəzisi və prostat xərçəngidir.
URL / WWW
http://kelam.az/article/a-631.html