Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Sənin
14.05.12 19:16

Necə bağlamısan, necə tutmusan,
De, necə qurtulum əlindən sənin.
Deyirsən boynumu qucaqla mənim,

Əlim heç qopur ki, belindən sənin?

Sənsiz bu dünyanın içi, çölü boş,

Sənsən hər bəzəyi görünsə də xoş.

Başı itirmişəm düşmüşəm bihuş,

Bir dəfə iyləyib gülündən sənin.

Biz könüldən sevdik,sevmədik üzdən,

Sevgi artıq idi bizimçün sözdən.

Dedin, «ayrılıqdı öpməzlər gözdən»,

Kaş onda öpəydim dilindən sənin.

Şəklin xəyalıma verir yaraşıq,

Eşq şərbətin içir can qaşıq-qaşıq.

Çöllərə düşmüşəm olmuşam aşıq,

Bir saz düzəltmişəm telindən sənin.

Demirəm çiçəyə, gülə sevirəm,

Gəlməz heç dodağa, dilə sevirəm.

Mən Əziz Pünhanam elə sevirəm,

Ölsün əl çəkmərəm ölündən sənin.
URL / WWW
http://kelam.az/article/a-6305.html