Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Qəzəl
14.05.12 19:16

Fani demərəm bu qoca dünyaya mən olsam.
Aşiq demərəm Vamiqi-şeydayə mən olsam.

Məcnun guya səhrada idi zillət içində,

Hər gün gedərəm eşq ilə səhraya, mən olsam.

Girdabu bəla aşiq üçün seyru səfadır,

Min yol dalaram gündə bu dəryaya, mən olsam.

Sən dadını ağzın nə bilirsən qoca Fərhad,

Şirinlərə hər gün olaram dayə, mən olsam.

Tərk et bu cəhənnəm sözünü ey naşi-vaiz,

Bir gün də behiştdən deyərəm ayə mən olsam.

Min cilddə kitab var ki, məhəbbət edir izhar,

Bu eşqi salardım iki misraya, mən olsam.

Ətrafda, Əziz Pünhan, əcəb xeyli gözəl var,

Heç baxmaz idim Şirinə, Leylayə mən olsam.
URL / WWW
http://kelam.az/article/a-6304.html