Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Zərifə xanım
14.05.12 19:16

Vətənə anasan, xalqa anasan
Gərək yananda da sən tək yanasan

Böyük ömür yolun keçməyib asan

Həmişə vəfalı, Zərifə xanım.

Fəhmin təbabətə verdi yaraşıq

Sən zülmət gözlərə vermisən işıq

Getdi cəhalət də zülmətqarışıq

Əlləri şəfalı, Zərifə xanım.

Zəhmət zövqün oldu, həya zinətin

Öyrəndin sirrini elmin hikmətin

Nümunə sayıldı mədəniyyətin

Həqiqi ziyalı, Zərifə xanım.

Xoşbəxt anasısan cümlə cahanın

İlhamın fəxridir Azərbaycanın

Ondadı əxlaqın, elmin, vicdanın

Ey dərin zəkalı, Zərifə xanım.

Heydərə yar oldun, həm dayaq oldun

Çətin günlərində iştiyaq oldun

Dərd, qəmlər önündə üzü ağ oldun

İsmətli, həyalı, Zərifə xanım.

Əziz Pünhan haqqı söyləsin gərək

Belə insan gəlib dünyaya tək-tək

Adın nümunədir, həyatın örnək

Ey ömrü səfalı, Zərifə xanım.
URL / WWW
http://kelam.az/article/a-6303.html