Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Ulu öndərin ad günü münasibətilə
14.05.12 19:16

Sən qurdun bu şanlı Azərbaycanı
Səndən yadigardı hünər meydanıSəninlə başladıq gözəl dövranı

Ruhuna sadiqiq ey ulu öndər

Sənsən bu qəhrəman millətə rəhbər.

Azadlıq uğrunda çox verdik qurban

Bizi bölmək üçün düşmən atdı can

Birlik, bütövlüyə sən verdin fərman

Ruhuna sadiqiq ey ulu öndər

Sənsən bu qəhrəman millətə rəhbər.

Sən Azərbaycansan, Azərbaycan sən

Sənə rəhbər deyən millətə əhsən

Həmişə bu xalqın ümid yerisən

Ruhuna sadiqiq ey ulu öndər

Sənsən bu qəhrəman millətə rəhbər.

İlhamın görk oldu bütün dünyaya

Yazdı vətən adın Günəşə, Aya

Daha bulud gəlməz aydın səmaya

Ruhuna sadiqiq ey ulu öndər

Sənsən bu qəhrəman millətə rəhbər.

Bəxş etdin İlhamı Azərbaycana

Vətəni çatdırdı şöhrətə, şana

Ad-sanı yayıldı onun hər yana

Ruhuna sadiqiq ey ulu öndər

Sənsən bu qəhrəman millətə rəhbər.

Dünyaya nur saçdı bu yanan çıraq

Amalın yaratdı səni bir ocaq

Adınla xalq qoyur dağ üstünə dağ

Ruhuna sadiqiq ey ulu öndər

Sənsən bu qəhrəman millətə rəhbər.

Bir vətən oğluyam mən Əziz Pünhan

Sadiq əsgəriyəm onun hər zaman

Sən xalqın adısan ey böyük insan

Ruhuna sadiqiq ey ulu öndər

Sənsən bu qəhrəman millətə rəhbər.
URL / WWW
http://kelam.az/article/a-6302.html