Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Sovet lideri Lenin hələ “yaşayacaq”
22.01.10 03:34

Rusiya Prezident Administrasiyasının başçısı Vladimir Kojin bolşevik inqilabının lideri, sovet quruluşunun banisi Vladimir Leninin torpağa tapşırlıması il bağlı planlarının olmadığını açıqlayıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, V.Kojin Leninin torpağa verilməsi ilə bağlı siyasi rəhbərliyin hər hansı rəsmi planı və niyyətinin olmadığını bildirib. O, yaxın zamanda belə bir planın gündəmdə olmayacağını söyləyib. Leninin mavzoleyinin bağlanması məsləsinə gəlincə, Kojin qeyd edib ki, mavzoleyin bağlanması məsələsi də gündəmdə yoxdur. O, bu məsələinin mətbuatda sürəkli müzakirə mövzusu olduğunu deyib. “Bizim bu məsələyə yanaşmamız çox sadədir: kimsə bu gün Leninin mavzoleyini bağlamaq və Leninin Kremlin önündə basdırılmasını planlaşdırmır”,-deyə Kojin bildirib. O, əlavə edib ki, bu məsələ əxlaqi və siyasi baxımdan günümüzün müzakirə mövzusu deyil.
URL / WWW
http://kelam.az/article/a-630.html